Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olan Adil Rami karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək. Mərakeş əsilli 33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, Raminin son klubu Fransa təmsilçisi “Marsel” olub.